Accessibility links

Misir-İsrail əlaqələri yaxınlaşa bilər - 2004-06-04


Bazar ertəsi Misir prezidenti Hüsnü Mübarək və İsrailin xarici işlər naziri Silvan Şalomun görüşü gözlənilir. Liderlərin Qəzzada İsrail qüvvələrinin çıxarılması və təhlükəszlik məsələlərini mükariə edəcəyi bildirilir. Misir və İsrail diplomatları i görüşün Yaxın Şərqdə sülh prosesinin canlandırıması və ölkələr arasında əlaqələrin yaxşılaşdırılması məsələləri üzərində mərkəzləşəcəyini deyilər. Prezident Mübarək və xarici işlər naziri cənab Şalom Fələstin ərazilərindən İsrailin geri çəkilməsi ilə bağlı baş nazir Ariyel Şaronun planını da müzakirə etməlidirlər. İsrailin Misiridəki səfiri Eli Şekanın dediyinə görə ölkə liderləri İsrail-Fələstin münaqişəsi səbəbi ilə pozulan münasibətləri də bərpa etməyə çalışacaqlar. Səfir İsrailin xarici işlər nazirinin Misir səfərinin “yol xəritəsi” adlı sülh planının həyata keçirilməsinə doğru addım olduğunu demişdir. Prezident Mübarək bildirmişdi ki, Misir Fələstin qüvvələrinə hərbi təlimlərlə yardım etməyə hazırdır. isir lideri bundan əlavə, Misirdən Qəzzaya daşınılan silah axınının qarşısının alınmasını da planlaşdırdığını demişdir.

XS
SM
MD
LG