Accessibility links

ABŞ-ın müdafiə naziri Sinqapurdadır - 2004-06-04


Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfild Asiya ölkələrinin müdafiə nazirlərinin Sinqapur yığıncağında iştirak etmək məqsədi ilə regiona səfər edib. Regional təhlükəsizliklə bağlı yığıncağın iştirakçısı Donald Ramsfild asiyalı həmkarları ilə görüş keçirməlidir.Yığıncaq iştirakçılarına müraciət etməzdən əvvəl Donald Ramsfild Amerikanın hərbi dəniz donanması əsgərlərinə demişdir ki, hazırda terroristlərin yenidən qruplaşdığına dair sübutlar əldə edilmiş və onlar yalnız Amerika deyil, dünya boyu hücumlara hazırlaşırlar. Birləşmiş Ştatlar Asiya Sakit Okeanı hövzəsinin 21 ölkəsi ilə terror təhlükəsi məsələsi ilə bağlı məsləhətləşmələr aparır. İndoneziya və Malayziya arasındakı ən çox səfər edilən su yolu Malakka boğazında yerləşən ölkələrin üzləşdiyi terror təhlükəsi diqqət mərkəzindədir. Amerikanın rəsmi nümayəndələri neftin daşınması üçün əsas martşrutun keçdiyi alakka boğazının təhlükəyə asanlıqla məruz qala biləcəyindən narahatdırlar. Belə ki, bu bölgədə quldurluq da nadir hallardan deyil. Boğazın hüucuma məruz qalması dünya iqtisadiyyatına dağıdıcı təsir göstərə bilər. Asiya müttəfiqləri hazırda su yolunun monitorinqi və daha səmərəli regional əməkdaşlıq məsələlərini nəzərdən keçirirlər. Bu ideyaya müxtəlif reaksiyalar göstərilir. İndoneziya və Malayziya onların su ərazilərinin Amerika qüvvələrinin reydlərinə məruz qala biləcəyindən ehtiyat edirlər.

XS
SM
MD
LG