Accessibility links

Mərkəzi Rusiyada partlayış olub - 2004-06-04


Mərkəzi Rusiya rəsmilərinin dediyinə görə insanla dolu küçə bazarında baş verən partlayış nəticəsində 9 nəfər adam həlak olub. Hökumət nümayəndələri Moskvadan 800 kilometr cənub şərqdə yerləşən Samara şəhərində baş verən partlayışın əlavə 30 adamı yaraladığını bildirirlər. Rəsmilər əvvəlcə partlayışın qaz sızması ilə bağlı olduğunu güman edirdilər, amma indi bu hadisəni terror aktı kimi qiymətləndirirlər. Son vaxtlar Çeçen separatçıları Rusiyada terror kampaniyasına başlamışlar, amma bir polis işçisinin dediynə görə yerli hökumət rəsmiləri bu hadisənin cinayətkar qruplaşmalar arasındakı çəkişmələrdən qaynaqlandığını düşünürlər.

XS
SM
MD
LG