Accessibility links

Ronald Reyqanın siyasi irsi - 2004-06-06


1980-ci il seçkilərində qələbə çalmış Reyqan Ağ Evə iqtisadi problemlərdən narahat və İranla bir il sürən girov böhranına görə özünü alçalmış hiss edən Amerikaya inam və qürur qaytarmaq istəyi ilə gəlmişdi. 1981-ci ildə inaqurasiya çıxışında prezident Reyqan federal hökumətin rolunun dəyişməsi də daxil olmaqla, ölkəni yeni istiqamətdə idarə edəcəyini bəyan etdi.

“Əziyyət çəkdiyimiz iqtisadi xəstəliklər bir neçə on ildir mövcuddur. Bu xəstəliklər günlər, həftələr, aylar içində keçib getməyəcək. Amma bir vaxt gedəcək. Ona görə ki, biz amerikalıların əvvəllər olduğu kimi, azadlığlın bu ən böyük və son istinadgahını qorumaq üçün lazım olan hər bir şeyi etmək qabiliyyəti indi də mövcudur. Hazırkı böhran zamanı hökumət bizim problemimizin həlli deyil; hökumət özü problemdir.” Yeni prezident tez bir zamanda vergiləri ixtisar etkəm və hökumət xərclərini azaltmağa başladı. 1982-ci ildə böyük tənəzzüldən sonra iqtisadi artım müşahidə olundu. 1984-cü ildə Ronald Reyqan yenidən przident seçildi. Amma amerikalılar iqtisadi tərəqqidən bəlkə də daha artıq onun dəst-xəttini bəyənirdilər. Onlar cənab Reyqanın Amerikanın qüruru və xaricdə ona inamı bərpa etmək səylərini alqışlayırdılar. 1981-ci ildə sui-qəsd cəhdindən sonra da Ronald Reyqanın yumor hissini sağlaya bilməsini amerikalıların çox xoşuna gəlirdi. Ronald Reyqanın prezidentliyinin birinci dövrünü daha çox daxili siyasət məsələlərinin həllilə bağlayırlarsa, onun ikinci dövr prezidentliyi xarici siyasət meydanında fəaliyyətlə əlaqələndilir. Xarici siyasət sahəsində cənab Reyqan qarşısında çətin vəzifələr dururdu. Onun silahlara nəzarət sahəsində fəaliyyətləri, xüsusilə də 1987-ci ildə Sovet İttifaqı ilə Avropada qısa və orta mənzilli raketlərin ləği haqda müqavilə imzalaması yada qalmışdır.

Ronald Reyqan Sovet İttifaqının prezidenti Mixail Qorbaçovla dörd zirvə görüşü keçirmişdir. Bu görüşlər Amerika Birləşmiş Ştatları və bir zamanlar prezidentin şər imperiyası adlandırdığı ölkə arasında soyuq müharibənin tədricən sona çatması işinnə böyük xidmət göstərdi. 1987-ci ildə cənab Reyqan Berlin divarı önündə Amerika xalqına müraciət etdi. “Burada bu betonu və minomyotları, gözətçiləri və pulemyotlraı, qaçan itləri və məftili görən bir amerikalı da inana bilməz ki, azadlıq insana anadan olandan insana verilmiş hüquqdur. Buna görə də mən burada dayanıb sovet lideri cənab Qorbaçovu bu divarı sökməklə dünayaya açıqlıq haqda yeni bir siqnal göndərməyə çağırıram.” 1983-cü ilin oktyabrında cənab Reyqanın Qranadada dövlət çevriliışindən sonra ABŞ-ın müdaxiləsi haqda qərar verməsi çoxları tərəfindən onun administrasiyasının uğuru kimi qiytməlndirildi. Lakin bu müdaxilə Reyqanın xarici siyasətində ən böyük üğürsuzluq olan ABŞ hərbi dəniz qüvvələrinin hərbi baraklarına Livanda hücumdan iki gün sonraya təsadüf etmişdi. Amerika hərbi qüvvələrinin Livandan çıxarlması il nəticələnmiş insident zamanı 241 Amerika əsgəri həlak olmuşdu. Birləşmiş Ştatlar Konqresindəki mühafizəkarlar 1980-ci illərdə Reyqanın Nikaraquada kontra yaraqlılarına dəstəyini alqışlamışdılar. Lakin 1986-ı ildə Amerikalı girovları azad etmək üçün İrana gizli silah satışından əldə edilən gəlirlərin Mərkəzi Amerikada Kontra döyüşçülərinə ötürülməsi ilə əlaqədar İran-kontra qalmaqalı zamanı Reyqan administrasiyası kəskin tənqidlərlə qarşılaşdı. Qalmaqaldan sonra Ronald Reyqanın populyarlığı azaldı. Bununla belə, 1989-cu ildə ofisi tərk edən zaman Reyqanın reytinqinin yenidən artdığı müşahidə olundu. O, İkinci Dünya müharibəsindən sonra müddətini başa vuran prezidentlər arasında amerikalıların ən böyük rəğbətini qazana bilmiş bir prezident olmuşdur. 1994-cü ildə Ronald Reyqan Amerika xalqına yazdığı məktubda Alzhaymer xəstəliyindən əziyyət çəkdiyini bildirdi. Sabiq prezident ofisi tərk etdikdən sonra ictimaiyyət qarşısında tez-tez çıxışlar etməsə də, bəzən prezidentlik dövrünə nəzər salaraq vətənə xidmət etdiyinə görə qürur duyduğunu deyirdi. “Elə anlar var ki, onlar heç vaxt yadan çıxmır, Livanda fanatik terrorçular tərəfindən qətlə yetirilmiş əsgərlərimizin ölümü kimi. Belə hadisələri yaşaya bilməyi öyrənməlisən. Amma sizə onu demək istəyirəm ki, hər səhər yuxudan oyananda mənə bu ölkəyə xidmət etmək kimi bir imkan verdiyinə görə tanrıya şükr deyirəm.”

Ronald Reyqan həm siyasətdə, həm də şəxsi həyatında nikbinliyi ilə seçilirdi. Onun siyasi irsini yaşadan da bu nikbinlikdir, özü və xidmət etdiyi vətəni haqda böyük nikbinlik.

XS
SM
MD
LG