Accessibility links

77-ci Spelling Bee tələffüz müsabiqəsinin qalibi Deyvid Tidmarş oldu - 2004-06-06


Vaşinqtonda 9 ayşından 15 yaşına qədər 265 məktəbli arasında 77-ci MilLi Tələffüz müsabiqəsi keçiridi. Üç günsürən müsabiqənin qalibi İndiana ştatında 14 yaşlı deyvid Tidmarş oldu. Deyvid “autochthonous” sözünü düzgün tələffüz edə bildiyi üçün ən yüksək mükafata layiq görüldü. Amma qələbəyə gətirən yol özü-özlüyündə çox çətin idi. Finaldan əvvəl Deyvid bir sıra çox çətin sözləri düzgün tələfüz edə bilmişdi. Məsələn, '"gaminerie" , "serpiginous" və "sumpsimus" kimi çətin sözlər. Deyvid finalda 13 yaşlı Akşay Buddiqa ilə yarışırdı. Akşay elə böyük həəyəcan keçirirdi ki, hətta müsabiqənin ilk mərhələrində bir dəfə səhnədə müvazinətini saxlaya bilməyib yıxılmışdı. Lakin sonradan qalxıb lazım olan sözü düzgün tələffüz edə bilməsi münsiflər heyətini heyrət içində qoymuşdu. Müsabiqənin keçirilməsinə 1925-ci ildən başlanılmışdı. İlk müsabiqədə yalnız 9 məktəbli iştikra etmişdi. Bu gün Amerikanın bütün ştatlatında və dünyanın bəzi ölkələrində 9 milyona yaxın məktəbli Spelling Bee adlanan müsabiqənin iştikraçısıdır. Bu il finala 265 məktəbli çıxmışdı. Müsabiqə iştirakçıları üçün bu, aylarla müxtəlif sözlərin öyrənilməsi, sözlərin əslinin müəyyən edilməsi, lüğətlərlə ciddi işin son nəticəsidir.

XS
SM
MD
LG