Accessibility links

Reyqanın dəfni mərasiminə Tetçer və Qorbaçov qatılacaq  - 2004-06-07


Cümə günü Vaşinqton Milli Kilsəsində keçiriləcək Ronald Reyqanın yas mərasiminə qatılanlar sırasında keçmiş Britaniya Baş Naziri Margaret Tetçer və sabiq Sovet lideri Mixail Gorbaçov olacaq. Keçmiş Britaniya rəhbəri bir neçə ürək tutmasından sonra ictimai çıxışların dayandırıb, amma bu törəndə Reyqanıın ölümündən bir neçə ay əvvəl videokasetə yazılmış, mərhum Amerika prezidentinin xatirəsini xoş sözlərlə yad edən müraciətlə çıxış edəcək. Cənab Reyqanla Xanım Teçer yaxın dost idilər. Onları birləşdirən kommunizmə bəslədikləri dərin nifrət hissi idi. Cənab Gorbaçov isə Soyuq Müharibənin son illərində keçirdikləri sammitlər zamanı Prezident Reyqanla isti münasibətlər qurmağa nail olmuşdu.

XS
SM
MD
LG