Accessibility links

Kürdlər yeni BMT qətnaməsində muxtariyyətin təsbit olunmasını tələb edirlər - 2004-06-07


Başlıca Kürd siyasi partiyaları BMT Təhlükəsizlik Şurasının İraqda dair qətnaməsi Kürd muxtariyyətini təsdiq etməzsə İraqın müvəqqəti hökumətini tərk edəcəklərini bəyan etmişlər. Kürdüstan Demokratik partiyasının rəhbəri Məsud Barzani və Kürdüstan Vətənpərvərlər İttifaqının lideri Cəlal Təlabani bu hədəni Prezident Buşa göndərdikləri məktubda açıqlamışlar. İki Kürd liderləri bəyan ediblər ki, Şimali İraq Kürdlərinin muxtariyyəti BMT qətnaməsində öz əksin tapmalıdır və seçkilərdən həm əvvəl həm də sonrakı keçid hökumətinə bu öhdəliyi təsbit etməlidir. Cənab Barzani və Təlabani həmçinin heç bir Kürdün prezident və ya baş nazir vəzifəsinə təyin olunmamasından öz narazılıqlarını bildiriblər.

XS
SM
MD
LG