Accessibility links

R.Reyqanın cənazəsi sabah Vaşinqtona gətiriləcək - 2004-06-08


Keçmiş prezident Ronald Reyqana son borcunu vermək üçün yüz minlərlə adam Los Anjeles yaxınlığındakı Reyqan adına kitabxanada olmuşdur. Bayrağa bükülmüş cənazəyə qədər uzun növbələr səbəbi ilə vidalaşma mərasiminin vaxtı uzadılmışdır. 93 yaşında dünyasını dəyişən eks- prezidentin cənazəsi sabah Vaşinqtona gətiriləcək. Cümə günü Vaşinqtonun Milli Kafedralında xüsusi mərasimdən sonra cənazə torpağa tapşırılmaq üçün yenidən Kaliforniyaya qaytarılacaq.

XS
SM
MD
LG