Accessibility links

BMT-nin İraqla bağlı qətnaməsi yekdilliklə qəbul edildi - 2004-06-09


BMT-nin Təhlükəsizlik Şurasının İraqla bağlı yekdilliklə qəbul olunmuş qətnaməsi prezident Buş və Britaniyanın baş naziri Toni Bleyer tərəfindən yüksək qiymətləndirilib. Prezident Buş qətnamənin iyunun 30-da hakimyyətə gələcək İraqın yeni hökumətini dəstəklədiyini bildirib. Baş nazir Bleyer isə qətnaməni yekdilliklə qəbul edilməsini beynəxalq icitmiayyətin İraqla bağlı fikir ayrılıqlarına üstün gələ bildiyini nümayiş etdirdiyini demişdir. Qətnamə həftələrlə sürən diplomatik səylər, son həftə sonu qapalı görüşlər və iki gün gecə aparılmış müzakirələrdən sonra qəbul olunmuşdur. BMT-də Amerika Birləşmiş Ştatalrının səfiri Con Neqroponte qətnaməni yekdilliklə qəbul edilməsinin İraq xalqına açıq mesaj olduğunu bəyan etmişdir. BMT-nin qətnaməsi İraq liderlərinə ölkənin təhlkükəsizlik qüvvələrinə nəzarət imkanı verir. Lakin onlar ABŞ-ın başçılıq etdiyi beynəlxalq sülhümühafizə qüvvələrinin bu ilin sonuna qədər ölkədə fəaliyyət göstərəcək hücum əməliyyatlarına veto qoya bilməyəcəklər. Qətnamədə habelə, İraqda gələn ilin yanvar ayında ümumi seçkilər də daxil olamaqla, demokratiyaya tam keçid üçün müddət qoyulub. İraq hökuməti neft ehtiyalatları da daxil edilməklə, ölkənin təbii sərvətlərinə görə cavabdehdir.

XS
SM
MD
LG