Accessibility links

Buş və Şirak İraq problemini müzakirə etdilər - 2004-06-10


Prezident Buş və Fransa prezidenti Jak Şirak Səkkizlər qrupunun sammitinin son günü NATO-nun İraqda rolu məsələsini müzakirə ediblər. Görüş Fransa prezidentinin cənab Buşun NATO-nun İraqda rolu ilə bağlı təklifləri haqda müəyyən şübhələrini bildirməsindən bir gün sonraya təsadüf edir. Danışıqlardn sonra prezident Buş cənab Şirakla məsələni müzakirə etdiyini demiş, lakin detalları açıqlamamışdır. Səkkizlər qrupu və Rusiya lidelrərinin Corciya ştatında Si Aylenddə keçirdiyi zirvə görüşünün diqqət mərkəzində İraq və Yaxın Şərqdə vəziyyət olmuşdur.

XS
SM
MD
LG