Accessibility links

ABŞ dövlət katibi səhvə yol verildiyini etiraf edir - 2004-06-13


Birləşmiş Ştatların dövlət katibi Kolin Pauell ötən il terror hücumları ilə bağlı hesabatda göstəricilərin azaldılmasını böyük səhv adlandırıb. Cənab Pauell deyib ki, sabah-bazar ertəsi günü Mərkəzi Kəşfiyyat Agentliyinin nümayəndələri ilə görüşüb, hesabatda düzəlişlər etməyi planlaşdırır. Dövlət katibi məlumat bazasındakı problemlərin hesabatda əksini tapdığını deyib. Dövlət Departamentinin hesabatında keçən il terror hücumlarının son 34 ildə ən aşağı göstəricilərə malik olduğu bildirilmişdi.

XS
SM
MD
LG