Accessibility links

İraqın təhsil nazirliyinin nümayəndəsi öldürülüb - 2004-06-13


Bu gün Bağdadda İraqın Təhsil nazirliyinin yüksək vəzifəli rəsmi şəxsi, nazirliyin mədəniyyətşöbəsinin direktoru 63 yaşlı Kamal Əl-Cərah qətlə yetirilib. İraq Təhsil nazirliyinin rəsmi şəxsləri deyirlər ki, o, Bağdadın şimal-qərbindəki evi yaxınlığında silahlı şəxslərin hücumuna məruz qalması nəticəsində ağır yaralanmışdı. Xəstəxanaya aparıldıqdan az sonra cənab Əl-Cərah aldığı yaralardan dünyasını dəyişdirmişdi. Əl-Cərahın xanımının onun yanında olduğu, lakin hücum zamanı onun xəsarət almadığı bildirilir. Hücumun şahidi olan ailə üzvləri Əl-Cırahın 8 yaraqlının atəşinə məruz qaldığını deyirlər. Hadisə dünəndən bəri İraqın rəsmi şəxslərinə qarşı hücumların ikincisidir. Dünən silahlı şəxslər tərəfindən Xarici İşlər Nazirinin müavini Bəssam Saleh Kubban qətlə yetirilmişdi. Bu arada İraqdakı Birləşmiş Ştatların rəsmiləri deyirlər ki, intiharçının sürdüyü bomba ilə dolu maşının partlayışı nəticəsində 4 İraq polis zabiti daxil olmaqla, 12 iraqlı həlak olmuş, 13 nəfər yaralanmışdır.

XS
SM
MD
LG