Accessibility links

İran Qərbin nüvə iddialarını rədd edir - 2004-06-15


İran prezidenti Xatəmi Britaniya, Fransa və Almaniyanın Tehranın nüvə proqramı ilə əlaqədar tənqidlərini kəskin bir şəkildə rədd edib. Britaniya, Fransa və Almaniya İranın Beynəlxalq Atom Enejisi agnetliyinin müfəttişlərilə əməkdaşlıq etmədiyindən narahatçılıqlarını bildirməklə yanaşı Tehranın bu məsələdə tutduğu mövqeyini tənqid etmişlər. Prezident Xatəmi onlara göndərdiyi məktublarında bu tənqidləri əsassız adlandırmış və onları Birləşmiş Ştatlarla birlikdə İrana təzyiq göstərməkdə ittiham etmişdir. Cənab Xatəminin bu qeydləri Beynəlxalq Atom Enejisi agentliyi Britanmiya, Fransa və Almaniyanın İranın nüvə proqramı ilə əlaqədar təklif etdikləri qətnamənin müzakirəsi vaxtına təsadüf edir. Qətnamə İrandan uranı zənginləşdirmə proqramını dayandırmasını və Beynəlxalq Atom Enerjisi agentliyilə əməkdaşlıq etməsini tələb edir. . İranın Xarici İşlər Naziri Kamal Xərrazi bu gün Tehranda təşkil etdiyi mətbuat konfransında ölkəsinin Atom enerjisi agentliyilə tam əməkdaşlıq etdiyini bildirmiş və nüvə proqramı ilə bağlı ölkəsinə qarşı irəli sürülən tənqidləri bir daha qətiyyətlə rədd edərək demişdir ki, İran nüvə silahları istehsal etməyə maraqlı deyil, ölkəsinin nüvə proqramı dinc məqsəd daşıyır.

Beynəlxalq Atom Enejisi agentliyinin Baş direktoru Məhəmməd Əl-Baradei dünən demişdi ki, İranın bu son illərdə Agenmtliyə təqdim etdiyi məlumatlar qeyri-qənaətbəxş və biri-birinə ziddir. Tehran indi də nüvə silahının istehsalı üçün istifadə oluna bilən sentrifuqa hissələri emal edir.

XS
SM
MD
LG