Accessibility links

Dövlət Departamenti insan alveri haqda hesabatını açıqladı - 2004-06-15


Birləşmiş Ştatların Dövlət Departamentinin insan alverilə bağlı illik hesabatında dünyanın 10 ölkəsinin bu bəlaya qarşı mübarizə aparmadığı göstərilir. Dövlət katibi Kolin Pauelin təqdim etdiyi hesabatda bu ölkərin ABŞ-ın sanksiyaları ilə qarşılaşa biləcəyini qeyd edilmişdir. Bu ölkələr Banqladeş, Birma, Kuba, Ekvador, Qvineya, Qayana, Şimali Koreya, Syerra Leone, Sudan və Venesueladır. Hesabatda deyilir ki, dünyada insan alveri qurbanlarının 80 faizini qadınlar, 50 faizini isə uşaqlar təşkil edir. Bu insanlar əsasən, seksual ticarətin qurbanları olur, ya da ağır fiziki əmək və ev işlərilə məşğul olmağa məcbur edilirlər.

Dövlət katibi Pauell deyib ki, hər il müxətlif ölkələrin sərhədlərindən insan alverinin qurbanı olan 600 mindən 800 minə qədər insan keçir. Dövlət Depratamentinin hesabatında habelə ABŞ-ın insan alverilə mübarizə standartlarına cavab verməyən ölkələr göstərilib. Türkiyə, Yunanıstan, Beliz, Dominikan respublikası və Bosniya keçən il insan alverilə mübarizə apara bilməyən ölkələr sırasından çıxarılıblar. Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, Azərbaycan qadınlar, kişıilər və uşaqların seksual və fiziki istismar məqsədilə alveri üçün həm mənbə, həm də tranzit ölkədir. Azərbaycan, Rusiya və Mərkəzi Asiya ölkələrindən qadınlar və qızlar seksual istismar məqsədilə Azərbaycan ərazisindən və ölkə ərazisi vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Pakistana aparılırlar. Kişilər muzdlu əməklə məşğul olmaq üçün Türkiyə və Rusiyaya aparılır, oğlanlarsa ölkədə daxilində dilənçilik etməyə məcbur edilirlər. Qadınlar və bəzən yetimxanada olan qızlar seksual istismar məqsədilə ölkənin ucqar yerlərindən paytaxta gətirilirlər. Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinin insan alverinin aradan qaldırılması üçün minimum standartlara cavab verməsə də, bunu etmək üçün böyük səy göstərdiyi qeyd edilir. Azərbaycanda insan alveri probleminin ümumi mənzərəsi ölkənin bu hesabata ilk dəfə belə göniş şəkildə salınmasına bəraət qazandırır-deyə göstərilir. Bununla yanaşı, hesabatda deyilir ki, hökumətin bu şəxsləri tanıya bilməməməsinə görə, yerli və beynəlxalq ekspertlər Azərbaycandan və Azərbaycan vasitəsilə insan alverinin qurbanı olan çox sayda insanı göstərə bilmişlər. Yerli hüquq-mühafizə orqanlarının nümayəndələri qurbanların tanınması işində nə təlim, nə də göstəriş alıblar və insan alveri hallarını təhqiq edə bilməyiblər. Hökumət dövlət planı hazırlamalı və onu həyata keçirməli, habelə, lazmıi hüquqi islahatlar keçirib onları yerinə yetirməlidir-deyə qeyd edilir.

Hesabatda insan alverinin Azərbaycan cinayət məcəlləsində öz əksini tapmadığı, insan alverinə görə cəzalandırmanın zorlama, qul əməiyindən istifadə etmə, fahişəliklə məşğul olmağa məcbur edilmək kimi hallar zamanı müşahidə olunduğu göstərilir. Hökumət insan alverilə əlaqədar 23 halda cəza verildiyini göstərir, buna görə 3 ildən 6 ilə qədər həbs cəzası müəyyən edilir. Hesabatda korrupsiyanın ölkədə problem kimi qaldığı göstərilir və hökumətin bəzi adamlara qeyri-qanuni şəxsiyyət vəsiqəsi verdiklərinə görə iki inspektor və yerli qeydiyyata alma şöbəsinin rəisini işdən azad etdiyi qeyd edilir. Dövlət Departamentinin hesabatında hökumətin insan alverinin qurbanlarının müdafiə edilməsi, ya da onların yerli qeyri-hökumət təşkilatlarına təhvil verilməsi üçün tədbir görmədiyi deyilir.

XS
SM
MD
LG