Accessibility links

ABS Dovlət Departamentinin dünyada insan alveri ilə bağlı hesabatı Azərbaycanda necə qarşılanıb - 2004-06-16


Hesabatın Azərbaycanla bağlı hissəsini hüquq-müdafiə təşkilatları real, rəsmi dairələr qərəzli adlandırır. Miqrantlara hüquqi yardim mərkəzinin direktoru Əlövsət Əliyev bildirib ki, Azərbaycanda on minədək adam insan alveri qurbanına çevrilib. O hesab edir ki, hökumət polis, dövlət sərhəd xidməti, prokurorluq, məhkəmə sisteminin əməkdaşları üçün insan alveri və insan alveri qurbanları ilə bağlı treyninqlər keçirməlidir. Milli Məclisin sosial siyasət daimi komissiyasinin sədri Hadir Rəcəbli isə hesabatı mənfi və qərəzli adlandırıb. Onun sözlərinə görə, Azərbaycanda insan alveri, bir-iki faktı istisna etmək şərti ilə, demək olar ki, yoxdur.

XS
SM
MD
LG