Accessibility links

Buş: Səddam Hüseyn İraqın yeni hökumətinə təhvil verilməyəcək - 2004-06-16


Dünən İraqın müvəqqəti prezidenti Qazi əl-Yavər bu ayın axırı İraqın suverenliyi təhvil alacaq yeni hökumətinin Səddam Hüseyni və digər məhbusların onun nəzarəti altına verilməsini istədiyini deyib. O deyib: “Səddam Hüseyndən fərqli olaraq bizim çox yaxşı, etibarlı məhkəmə sistemimiz var. O, insanları mühakimə etmədən cəzalandırırdı. Biz müasir insanlarıq və müasir, demokratik, yeni İraqda məhkəmələrin ədalətli olmasına çalışmalıyıq.” Lakin prezident Buş deyir ki, İraq hökuməti əvvəlcə Səddam Hüseynin azadlığa buraxılmasına yol verməyəcəyini sübut etməlidir. Əfqan prezidenti Həmid Karzai ilə Ağ Evdə keçirdikləri mətbuat konfransında prezident Buş deyib ki, iyun ayının 30-da İraqın suverenliyi yeni hökumətə təhvil verildiyi vaxt Səddam Hüseyn yeni hökumətə təhvil verilməyəcək. O deyib ki, koalisiya qüvvələri əvvəlcə Səddam Hüseynin həbsdə saxlanacağında ümidvar olmalıdır. Xatırladaq ki, İraqın keçmiş prezidenti Səddam Hüseyn Birləşmiş Ştatlar qüvvələri tərəfindən dekabr ayında Tikrit yaxınlığında ələ keçirilmişdi. O və onun hökumətində çalışan 100 nəfərdən çox rəsmi şəxsin İraqın yeni təxsis edilmiş tribunalı tərəfindən mühakimə ediləcəyi gözlənilir.

XS
SM
MD
LG