Səudiyyə Ərəbistanının rəsmi nümayəndələri ABŞ rəsmiləri ilə Əl-Qaidə yaraqlıları tərəfindən girov götürülən amerikalının necə azad edilə biləcəyi məsələsini müzakirə edirlər. Səudiyyə Ərəbistanının rəsmi nüamyəndəsi Adel Əl-Cübeyr CNN tele-şirkətinə deyib ki, onun ölkəsi terroçularla danışıqlar aparmaq təcrübəsinə malik deyil. Dünən Ağ Evin mətbuat katibi 49 yaşlı Pol Consonun girov götürülməsi ilə əlaqədar problemin prioritet olduğunu və prezident Buşun vəziyyətlə bağlı daim məlumatlandırıldığını bildirib.