Accessibility links

Tehran nəyi gizlədir? - 2004-06-16


İranın uranın zənginləşdirilməsi proqramına yenidən başlayacağını bildirməsi Birləmiş Ştatlar tərəfindən BMT-nin nüvə agentliyinə hədə-qorxu gəlmə kimi qiymətlənidirlib. Prezident Məhəmməd Xatəmi Beynəxalq Atom Enerjisi Agentliyinin İranı əməkdaşlıq etməməkdə ittiham edən bəyanat qəbul etdiyi təqdirdə, Tehranın uranın zənginləşdirilməsi proqramına yenidən başalaya biləcəyini bəyan edib. Cənab Xatəmi nəzərdə tutulan layihənin pis bir layihə olduğunu deyib. Lakin əlavə edib ki, İran hazırkı anda əməkdaşlıq etməyə hazırdır. Birləşmiş Ştatların Beynəlxalq Atom Enerjisi agentliyinin nümayəndəsi İranın hədələrini Tehranın nəsə gezlətdiyi demək olduğunu söyləyib.

XS
SM
MD
LG