Accessibility links

C.Kerri  Buşun iqtisadi siyasətini tənqid edib - 2004-06-16


Demokrat partiyasından Amerika prezidentliyinə namizəd Con Kerri Buş administrasiyasının iqtisadi siyasətini yenidən tənqid atəşinə tutub. Dünən seçkiqabağı kampaniyasını Nyu Cersidə bərpa edən senator Kerri prezident Buşu vergi ixtisarları ilə amerikalıların dəyərlərinə əhəmiyyət verməməkdə günahlandıraraq deyib ki, prezidentin bu siyasəti zənginlərin daha da varlanması, orta sinfin isə büdcə kəsiri və borclarla üzləşməsinə yol açıb. Senator Kerri prezident Buşun siyasətinin orta sinif Amerika ailələrinin maddi vəziyyətini daha da ağırlaşdırdığını deyib. Ağ Evdə çıxışı zamanı prezident Buş daxili iqtisadiyyatla bağlı nikbinliyini dilə gətirərək demişdi ki, daha artıq iş yerlərinin açılması və iqtisadiyyatın dirçəlişinə məhz vergilərin ixtisarı yardım etmişdi.Senator Kerrinin seçkiqabağı kampaniyasının gələn iki həftə ərzində orta qərb ştatlarına edəcəyi səfəri zamanı iqtisadiyyat məsələsi üzərində mərkəzləşəcəyi gözlənilir. Buş kampaniyası isə Con Kerrinin səfərinin “bədbinlik və mənəvi düşgünlüyə” əsaslandığını bildirir. Əmək nazirliyinin son hesabatı ilə Buş administrasiyasının iqtisadi dirçəliş iddialarını sarsıtmışdır. Hesanbtda deyilir ki, istehlakçı qiymətləri may ayında ən yuxarı nöqtəsinə yüksələrək, enerji və ərzaq qiymətlərinin artmasına səbəb olmuşdu.

XS
SM
MD
LG