Accessibility links

Muktəda Əl Sədr qarşıdurmaya son qoyulmasına çağırıb - 2004-06-16


Radikal şiə ruhanisi Muktəda Əl-Sədr 10 həftədir sürən qarşıdurmaya son qoymaq istiqmətində addım ataraq öz yaraqlılarını müqəddəs Nəcəf və Kufə şəhərlərini tərk etməyə çağırıb. Siyasi partiya təşkil etməyə hazırlaşdığını bu yaxınlarda bəyan edən ruhaninin şiə liderlərinə İraq polisinin şəhərlərə gələ biləcəyini dediyi xəbər verilir. Muktəda Əl-Sədr və ona sadiq yaraqlılar aprel ayında İraqdakı koalisiya qüvvələrinə müqavimət göstərməyə başlamışdılar. Bu, ona sadiq qüvvələrin böyük itki verməsi ilə nəticələnmişdi.

XS
SM
MD
LG