Accessibility links

İraq neftinin ixracı Bazar günü bərpa ediləcək - 2004-06-18


Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın rəsmiləri xam İraq nefti ixracının Bazar günü bərpa ediləcəyini söyləyirlər. Bu haqda məlumat texniklər ordusu cənubi İraqda iki əsas kəmərin təmirinə başladıqdan sonra daxil olub. İki neft kəmərindən nisbətən kiçiyi üzərində gedən təmirlər başa çatmaq üzrədir ki, bu da xəttin Bazar günü işləməsinə şərait yaradacaq. Rəsmiləin dediyinə görə ikinci kəmərin nə vaxt düzələcəyindən asılı olaraq gözlənilir ki, neft ixracı gələn həftənin ortalarına qədər tam səviyyəyə qalxsın. Xatırladaq ki, İraq qiyamçıları neft borularına bu həftənin əvvəllərində hücum etmişdilər. Bu hücum son 6 həftədə 2-ci hücumdur ki, neft ixracının kəsilməsinə səbəb olur.

XS
SM
MD
LG