Accessibility links

Hindistan və Pakistan danışıqlara başlayıb - 2004-06-19


Nüvə sahəsində rəqib olan Hindistan və Pakistanın nümayəndə heyətləri Dehlidə görüşürlər. Onlar ölkələri arasında nüvə müharibəsinin baş verməməsi məsələsini müzakirə edirlər. Hindistan və Pakistan 6 il əvvəl atom bombalarını sınaqdan keçirmişdilər. O tarixdən bəri Kəşmir məsələsi ilə əlaqədar onların arasında münasibətlər gərginləşmişdi. Lakin indi bu münasibətlər bir qədər yaxşılaşıb. İki ölkənin bu gün Dehlidə keçirdiyi danışıqlar bu münasibətlərin düzəlməsinə bir dəlildir. Hindistan ilə Pakistanın diplomatları iki günlük danışıqların birinci hissəsini bu gün bitiriblər. Danışıqlardan sonra Hindistan Xarici İşlər Naziriliyinin nümayməndəsi Navtec Sama daşıqları səmərəli və səmimi adlandırıb. Lakin rəsmilər danışıqların mahiyyəti haqqında ətraflı məlumat verməyiblər. Ancaq bildiriblər ki, danışıqlar nəticəsində Cənubi Asiyada nüvə təhlükəsizliyi möhkəmlənəcək. Nümayəndə heyyətləri bazar günü də danışıqlarını davam etdirəcəklər. İki tərəfin nüvə komandanlığı və nəzarət mərkəzləri arasında yaxından əlaqə yaradacaqları gözlənilir.

XS
SM
MD
LG