Accessibility links

Generallar sorğu-suala çəkiləcək - 2004-06-21


Birləşmiş Ştatların İraqdakı ordu hakiminin bildirdiyinə görə İraq həbsxanalarında təzyiqlərə məruz qalan məhbusların vəkillərinə yüksək səlahiyyətli nümayəndələri sorğu-suala çəkmələrinə icazə verib. Hakimin bu sərəncamı ilə Amerikanın İraqdakı general-leytenantı Rikardo Sançez və Mərkəzi Komandanlığın başçısı general Con Abizeyd vəkillər tərəfindən dindirilə bilər. Məhbusları təhqir edən əsgərlər isə yüksək rütbəli rəsmilərin əmrinə riayət etdiklərini deyirlər. Hakimin sərəncamı Əbu Qreyb həbsxanasında məhbuslara qarşı zorakılıqda ittiham edilən 7 Amerika əsgərindən 2-nin məhkəməsinə hazırlıq dinləmələrinin başladığı vaxta təsadüf edir. Bəzi vəkillər prezident Buş və müdafiə naziri Donald Ramsfildin də sorğu-suala çəkilməsini təklif edir.

XS
SM
MD
LG