Accessibility links

İnquşetiyada 46 adam öldürülüb - 2004-06-22


Russiya goşunları çeçen yaraqlılarının təqibi üçün ölkənin cənubundakı İnguşetiyada cəmləşdirilib. Yaraqlılar İnquşetiyanın paytaxtına hücüm edib, 46 nəfəri gətlə yetirib və onlarla insanı yaralamışlar. Rəsmilərin məlumatına görə 200 nəfərə yaxın yaraqlı Çeçenistan ilə həmsərhəd olan İnquşetiyada dövlət binaları və polis məntəqələrinə hücüm etmişlər. Giyamçılar bir neçə sərhəd mühafizəsi məntəgələrini dağıdıb, İnquşetiya paytaxtı Nazranda Daxili İşlər Nazirliyini daxil edilməklə, bir neçə əsas binanı gısa müddətə zəbt etmişlər. Qətlə yetirilənlər arasında İnquşetiyanın daxılı işlər naziri, başqa rəsmilər və çox sayda polis işçisi olmuşdur.

XS
SM
MD
LG