Accessibility links

Əl-Zərqavinin gizləndiyi təxmin edilən ev atəşə tutulub - 2004-06-25


Birləşmiş Ştatların hərbi təyyarələri bir həftə ərzində üçüncü dəfə axtarışda olan terrorçu Əbü Musab Əl-Zərqavinin gizləndiyinə inanılan evi raket atəşinə tutublar. Birləşmiş Ştatlar hərbi qüvvələrinin nümayəndəsinin bildirdiyinə görə yüksək dəqiqliyə malik olan silahlarla Fəluca şəhərindəki ev atəşə tutulub. Tələfat və həmin evdə Əl-Qaidə terorçularının olduğu barədə məlumat əldə edilməyib. Axtarışda olan terrorçu Əbü Musab Əl-Zərqavinin başçılığı altındakı yaraqlılar Fəluca şəhəri daxil olmaqla, İraqın 5 şəhərinə qarşı dünənki hücumların məsuliyyətini üzərinə götürüblər. Əməliyyat nəticəsində 3 Amerika əsgəri daxil olmaqla, 100-ə yaxın iraqlı həlak olmuşdu. İraqın müvəqqəti hökumətinin baş naziri Əyad Əlavi hücumların məsuliyyətini islamçı yaraqlılar və Səddam Hüseynə sadiq qüvvələrin üzərinə atıb. O, ölkəsinin təhlükəsizliyi və sabitliyinin təmin edilməsi üçün hücumların qarşısının alınacağını bildirib.

XS
SM
MD
LG