Birləşmiş Ştatlar hərbçiləri İraqda axtarşda olan terrorçu Əbu Musab Zərqavini tutmağa çalışırlar. Briqada Generalı Mark Kimmitt bu gün müxbirlərə deyib ki, İordaniyalı terorçu onların İraqda bir nömrəli hədəfidir. Zərqavinin başçılıq etdiyi terror şəbəkəsi İrada son zamanlar insan ölümü ilə nəticələnən bir çox terror aktının, və ən azı iki xarici vətəndaşın başının kəsilməsi kimi cinayətlərin müəllifidir. General Kimmit terrorçu haqda məlumatı olan İraqlılara kömək üçün müraciət edib. Zərqavinin başına qoyulmuş 10 milyon dollarlıq mükafatı əks etdirən bülletenlər İraqın hər yerinə yayılıb.