Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Məhəmməd Əl- Baradei İsrailin nüvə fəaliyyətləri ilə bağlı məlumat verməsini və Yaxın Şərqi nüvədən azad bir bölgə kimi qəbul etməsini istəmişdir. Moskvada nüvə konfransından əvvəl çıxış edən cənab Baradei demişdir ki, İsrailin gizlətməyə cəhd etməsinə baxmayaraq, onun nüvə qabiliyyətinə malik olduğu məlumdur. Beynəxalq ekspertlərin fikrincə İsrail 200-ə yaxın nüvə silahına malikdir. Məhəmməd Baradei gələn ayın əvvəlləri İsrailə səfər edəcək.