Accessibility links

Səudiyyə Ərəbistanı artıq terrorçu hücumlardan azad dəyil - 2004-06-29


Səudiyyə Kralı bir ay ərzində təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların edam cəzasından azad olacaqlarını bildirib. ABŞ Səudiyyə İnstitutunun nümayəndəsi Əli Əl Əhməd söyləyir ki, Səudiyyə Ərəbistanında böyük bir terror şəbəkəsi mövcutdur və Kralın elan etdiyi amnestiyanın məqsədi terrorçuların Səudiyyə hökumətini hədəf almasına manə olmaqdır. O deyir ki bu, terrorçuların öz təfəkkürlərini dəyişəcəkləri mənasına gəlmir. Səudiyyə hökuməti ölkə daxilində yox ancaq ölkə xaricində terrorçuluğu himayə edib. Onlar Riyaddakı hücumu dəsdəkləmirlər ancaq Bağdaddakını dəsdəkləyirlər. Cənab Əhməd söyləyir ki, Səudiyə hökuməti keçən bir neçə ayda terrorçuların və onların himayəçilərinin İraqa getmələrini həvəsləndirmişdir. Yaxın Şərg Siyasəti üzrə Vaşington İnstitutunun əməkdaşı Jonathan Schanzer isə deyir ki, Səudilərin radikal İslamı və Vahabiliyi ixrac etmək üçün hazırladıqları adamlar indi onların əleyhində fəaliyyətə başlamışlar. Əsasında hökumət indi bu adamlara qarşı nə kimi tədbirlər görəcəyini müəyyən etmək üçün özünə bir ay vaxt vermişdir və bəlkədə onlarla küçələrdə vuruşmaq əvəzinə terrorçu qrupların özəklərinə öz casusları vasitəsilə daxil olmağı nəzərdə tutur.

Knight- Ridder xəbər xidmətinin Ciddədəki müxbiri David Montgomary isə deyir ki, Səudiyyə Ərəbistanının elan etdiyi amnestiya başqa ölkələrdə də təcrübə edilmişdir. O söyləyir ki, Rusiya Çeçenistandakı Müsəlman militanlar üçün buna bənzər bir təklif vermiş, onları silahlarını yerə qoymağa və təslim olmağa çağırmışdır. Ancaq bu təşəbbüs o qədər də nailiyyətli olmamışdır. Ümumiyyətlə yaraqlılar təslim olma riskini götürmək istəmirlər və onlar öz əqidələri üçün öhdəlik götürmüşlər. Bunlar bir binanı partladmaq üçün özünü öldürməyi qəbul edən adamlardır və belə adamların təslim olmağı arzu edəcəkləri sual altındadır. Səudiyyə Ərəbistanı ya terrorçularla bir başa mübarizəyə başlayacaq yaxud da terrorçuluq qarşısında zəif qalacaq.

XS
SM
MD
LG