Accessibility links

İordaniya İraqa qoşun göndərməyə hazırdır - 2004-07-02


Iordaniya kralı Abdulla yeni hökumət xahiş edərsə, İraqa qoşun göndərməyə hazır olduğunu bildirir. Kral bu sözləri Britaniya televiziyasına verdiyi müsahibəsində deyib. Əgər İraq kral Abdullanın təklifini qəbul etsə, İordaniya İraqa hərbi qüvvə göndəcək ilk ərəb ölkəsi olacaq. İordaniya lideri deyib ki, yeni İraq hökuməti güclü və qətiyyətli İraq xalqı tərəfindən yaradılmışdır. Bu xalqın əsas problemlərin həllində beynəxalq ictimaiyyətin yardımına ehtiyacı var. Kral məsələni İraq liderləri ilə müzakirə etmədiyini deyib. Kral Abdullanın təklifinə hələ ki, reaksiya göstərilməyib.

XS
SM
MD
LG