Accessibility links

Iraqda girov götürülmüş əsgərin taleyi məlum deyil - 2004-07-04


Birləşmiş Ştatlar rəsmiləri İraqda gürov götürülmüş dəniz piyada əsgərinin taleyini müəyyənləşdirməyə çalışırlar. Belə ki, dünən Amerikalı əsgəri girov götürmüş İraqlı militantlar onun başını kəsdiklərini bəyan ediblər. Bəyanatda, militantlar Amerikalı müsəlman, əslən Livanlı çavuş Vasif Əli Həsunun öldürülməsini göstərən videonu ictimaiyyətə təqdim edəcəklər. Hələ ki, belə bir video ortaya çıxmayıb, və Livanın Xarici İşlər Nazriliyi cənab Həsunun ölümünü təsdiq edən informasiyaya malik olmadığını deyir.

XS
SM
MD
LG