İraqın müvəqqəti hökuməti ölkədəki yaraqlılar və partizanlara qarşı mübarizə etmək üçün təhlükəsilzik tədbirlərinin açıqlanmasıanı ikinci dəfə təxirə salıb. Baş nazir İyad Əlavinin ölüm cəzasının bərpası da daxil olmaqla, daha ciddi təhklükəsizlik tədbirlərini bu gün açıqlayacağı gözlənilirdi. Bunun üçün xüsusi bir gün seçilməyib. Cənab Əlavi ABŞ-ın başçılıq etdiyi koalisiyanın üzvləri və iraqlılara qarşı hücumların qarşısının alınması üçün amnistiyanın elan edilə biləcəyini bildirmişdi. Bu arada, Bəsrədə mühüm neft kəmərinin bərpası işləri gedir. Rəsmilərin bildirdiyinə görə, neft kəməri keçən həftə hücuma məruz qaldıqdan sonra neft ixracı yarıya qədər azalıb.