Accessibility links

Con Kerri Vitse-Prezidentliyə namizədi açıqlamağa hazırlaşır - 2004-07-05


Senator Con Kerriyə yaxın olan mənbələr bildirirlər ki, cənab Kerri vitse-prezidentliyə namizəd olacaq tərəfdaşının adını açıqlamağa hazırlaşır. CNN, CBS və Boston Qloub qəzetinin bu mənbələrə istinadən verdiyi məlumata görə bu açıqlama sabah baş verə bilər. Həmin gün cənab Kerri Amerikanın şərqində yerləşən Pitsburq şəhərində nümayiş keçirəcək. Nə Senator Kerri, nə də onun müşavirləri vitse-prezidentliyə namizədin kim olacağı haqda öz məramların sezdirməyiblər. Amma indiyə kimi bütün Amerika mediası öz diqqətini Şimali Karolina ştatının Senatoru Con Edvards, Mizuri Konqresmeni Riçard Gephard və Ayova qubernatoru Tom Vilsəkə yönəldib.

XS
SM
MD
LG