Accessibility links

Livanlı-Amerikalı əsgərin ailəsi onun sağ və azad olduğunu deyir - 2004-07-06


İraqda girov götürülmüş Livanlı-Amerikalı dəniz piyada əsgərinin ailəsi bu hərbçinin sağ və azad olduğunu xəbər verirlər. Livanın Tripoli şəhərində yaşayan ailə üzvləri deyirlər ki, onlara etibarlı mənbələrdən daxil olan informasiyaya görə cavuş Vasif Əli Həsun azadlığa buraxılıb. Bu açıqlama çavuş Həsunun başının kəsilməsi haqda dolaşan şaiyələrin ardınca gəlib. Belə ki, ötən Şənbə günü bir İslamçı İnternet səhifəsində çavuş Həsunun edam olunması barədə xəbər yayılmış, amma sonradan bu bəyanat saytın sahibləri tərəfindən təkzib edilmişdi.

XS
SM
MD
LG