Accessibility links

İsrail İranın nüvə fəaliyyətindən narahatdır - 2004-07-07


Beynəlxalq Nüvə Enerjisi Agentliyinin rəhbərinin dediyinə görə İsrail hökuməti İranın nüvə fəaliyyətindən narahatdır. İsraildə səfərdə olan Məhəmməd əl-Baradei Yaxın Şərqi nüvə silahlarından təmizləyəcək ümumi razılaşma üzərində müzakirələr aparır. Əl-Baradeinin apardığı danışıqlar zamanı İsrail rəsmiləri İranın nüvə proqramı haqda öz narahatlıqlarını dilə gətirmişlər. Məhəmməd Əl-Baradei özünün 3 günlük səfəri zamanı İsrailin Baş Naziri Ariel Şaronla görüşmək niyyətindədir. Amma o qeyd edib ki, İsraildən həmin ölkənin nüvə silahlarına malik olub olmaması haqda nə etiraf nə də təkzib gözləyir. Nüvə mütəxəssiləri güman edirlər ki, İsrailin 200-ə yaxın atom bombası var.

XS
SM
MD
LG