Accessibility links

Qəzza zolağında İsrail qüvvələri Fələstinlilərlə toqquşub - 2004-07-08


Qəzza zolağının şimalındakı Beyt Hanunda İsrail əsgələri ilə Fələstinli yaraqlılar arasında baş verən vuruşlarda 8 yaraqlı həlak olub və bir İsrail əsgəri ağır yaralanıb. Fələstinin məbəələrionə əsasən, ölən yaraqlılar Əl-Aqsa şəhidlər briqadasının üzvləridir. Keçən həftənin əvvəllərində İsrail əsgərləri İsrailin raket atəşə tutulmasının qarşısını almaq üçün Beyt Hanuna daxil olmuşlar. Qəzzə zolağının cənubunda yəhudi yaşayış məntəqəsinin yaxınlığında İsrail əsgərlərin mindiyi maşın minaya düşməsi nəticəsində 5 əsgər yaralanmışdır. İslam cihadi qrupu minanın yerləşdirilməsinin məsuliyyətini üzərinə götürüb.

XS
SM
MD
LG