Accessibility links

Maykl Murun filmi və Amerika seçkiləri - 2004-07-09


Son iki həftə rejissor Maykl Murun Kann kino-festivalında mükafat almış mübahisəli Farenqeyt üzrə 9-11 filmi Amerika icitmiayyətinn diqqət mərkəzindədir. Filmin ilk həftə sonu göstərilişindən 23 milyon dollar əldə edilmişdir. Makl Murun filmi, ya da sabiq ABŞ prezidenti Bil Klintonun “Mənim həyatım” kitabının noyabr ayında prezident seçkilərinə hər hansı bir təsiri ola bilərmi?

Mütəxəssislərin bir hissəsi hesab edir ki, filmin ekranlara çıxması, ya da sabiq prezidentin kitabının nəşri kimi hadisələr böyük məsələlərin müzakirə olduğu bu seçki ili mühüm təsirə malik olmayacaq. Belə ki, Farenqeyt filmini baxmağa gedən insanların 95 faizi artıq çoxdan bilir ki, Corc Buşa səs verməyəcək. Vriciniya universitetinin siyasi məsələlər mərkəzindən professor Lari Sabato fikirlərilə bölüşür. “ Əgər sizi İraq müharibəsi, iqtisadi məsələlər, homoseksualların evliliyinin sosial tərəfləri və bu seçki ili bütün digər mühüm məsələlər maraqlandırmırsa, deməli, siz heç səs verməyəcəksiniz. Siz filmə gedib baxa bilərsiniz, amma bu o demək deyil ki, bu kimi böyük məsələlərlə maraqlanmırsınızsa, bundan sonra gedib səs verəcəksiniz. Mən hesab edirəm ki, “Farenqeyt üzrə 9-11” olsa da, olmasa da, Klintonun kitabı olsa da, olmasa da, səsvermədə təxminən vətəndaşların 55 faizi iştirak edəcək.“ Siyasi təhlilçilər noyabrda seçkilər zamanı səslərini kimə verəcəyini müəyyənləşdirməmiş seçicilərin mühüm rolu ola biləcəyini deyirlər. Filmə baxıb, ya da kitabı oxuyandan sonra həmin insanlar kimə səs verəcəyini özləri üçün müəyyənləşdirəcəklərmi? Müşahidəçilər bu qrupa mənsub olanların seçkiyə bir neçə, ya da bir həftə qalmış və yaxud da seçki günü müəyyənləşə biləcəyini deyirlər. Bəziləri isə bir fikrə gələ bilməyib, ümumiyyətlə, səsverməyə getməyəcəklər. Professor Sabatonun firkincə, prezident seçki ili hansısa film, ya da kitab mühüm deyil. “Bilirsiniz, bu seçkidə maraqlı olan Bil Klintonun kitabı deyil. Riçard Klark və Mərkəzi Kəşfiyat agentliyinin anonim agenti, hansısa səfir, ya da başqaları kimi administrasiyanın aşağı səviyyələrində təmsil olunub indi administirasiyanı tənqid edərək hakimyyətdə olan prezident haqda kitab buraxması maraqlıdır. Bunun böyük əhəmiyyəti var. Bizdə elə bilin ki, prezidentin administrasiyasında xidmət edib həmin prezidentin dövründə kitab buraxmamaq kimi bir yazılmamış qanun var idi. Bu adamlar adətən, prezidentin ofisdən getməsini gözləyib ondan sonra açıq danışmağa başlayırdılar. Məhz belə bir şey bizə çatışmırdı. Mütəxəssilər hesab edir ki, Buş administrasiyasında terrorizm məsələləri üzrə müşavir olmuş Riçard Klarkın kitabı sentyabrın 11-i hadisələrini araşdıran komissiyada prezident Buşun xeyrinə olmayan dinləmərin keçirilməsinə komissiyanın işinə öz təsirini göstərdi. Amma bu gün adi amerikalılardan küçədə Riçard Klarkın kim olduğu soruşulsa, çoxları onu tanımayacaqlar. Noyabr seçkilərinə beş aydan az qalmış bir vaxt amerikalılar artıq kimə səs verəcəklərini müəyyənləşdiriblərmi? Mütəxəssilərin fikrincə, adətən, hakimiyyətdə olan prezidentin yenidən seçilmədiyi bir şəraitdə seçicilər daha gec, payızda prezidentliyə namizədlərin debatlarını gördükdən sonra bir fikrə gəlirlər. Lakin 2004-cü ildə hakimiyyətdə olan prezident yenidən seçilmək uğrunda mübarizə aparır. Belə olan şəraitdə, seçkilərdən xeyli əvvəl artıq çoxları artıq bir qərara gələ bilir. Seçicilərin fikrini dəyişməsi üçün çox ciddi bir səbəb olmalıdır. Təhlilçilərin çoxu isə hesab edir ki, “Mənim həyatım” kitabı, ya da “Farenqeyt üzrə 9-11” sənədli filmi belə ciddi səbəb ola bilməzlər.

XS
SM
MD
LG