Accessibility links

Əfqanıstanda bomba partlayışı nəticəsində məktəb binasına ziyan dəyib - 2004-07-10


Əfqanıstanda bomba partlayışı nəticəsində bir məktəb binasına böyük zərər dəyib. Taliban döyüşçüləri olduqlarından şübhələnilən yaraqlılar bir neçə hərbi nəzarət və buraxılış məntəqəsinə hücumlar edib. Əfqanıstanın rəsmiləri bu əməliyyatların Qəndəhar vilayətinin Maylənd mahalında baş verdiyini bildirirlər. Hələlik heç kim bu əməliyyatların məsuliyyətini öz üzərinə götürməyib. Yaraqlılar həmçinin Helmənd vilayətində bir hərbi posta hücum ediblər. Nəticədə bir əfqan əsgəri həlak olmuş, biri də yaralanmışdır. Əməliyyat zamanı iki yaraqlının da yaralandığı bildirilir.

XS
SM
MD
LG