Accessibility links

Kofi Annan AİDS-ə qarşı daha ciddi mübarizəyə çağırır - 2004-07-11


Tailandda Beynəlxalq AİDS-QİÇS konfransını açan BMT-nin baş katibi Kofi Annan dünya liderlərini öz ölkələrində xəstəliyə qarşı daha ciddi mübarizə aparmağa çağırıb. Baş katibin sözlərinə görə, yalnız bütün ölkələrin birgə səyləri nəticəsində virusun yayılmasının qarşısını almaq mümkün ola bilər. Builki konfransın əsas mövzusu AİDS xəstəliyinə səbəb olan HİV virusuna qarşı dərmanların əldə edilməsi üçün qlobal imkanları güclənidrməkdən ibarətdir. Konfransın keçdiyi binanına qarşısında toplaşan nümayişçilər dərmanların yüksək qiymətlərinə etirazlarını bildirmişlər. Ümumdünya Səhiyyə təşkilatı dünya üzrə 6 milyon insanın AİDS dərmanlarına entiyacı olduğunu, lakin bunların yalnız dörd yüz mininin müalicə oluna bildiyini bəyan edir.

XS
SM
MD
LG