Accessibility links

Cənubi Asiyada sellər 70-dən çox adamın ölümünə səbəb olub - 2004-07-11


Cənubi Asiya regionunda güclü sellər nəticəsində ölənlərin sayının 70-dən artıq olduğu, iki milyona yaxın adamın evlərini tərk etməli olduğu deyilir. Hindistanın şimal-şərq Assam ştatında rəsmilər leysan yağışlar nəticəsində yolların dağıldığını, çaylarda seuların daşdığını xəbər verirlər. Bir çox kəndi su basmışdır. Maculi adasında Brahmaputra çayında rəsmilər bərə daşınmalarını dayandırdıqdan sonra adamlar çətin vəziyyətdə qalmışlar. Ştatın daha bir rayonunda isə məktəbdə qalmış uşaqları oradan çıxarmaq üçün vertolyotlardan istifadə olunmuşdur. Qonşu Banqladeşdə ölkənin böyük ərazisində güclü sellər xilasetmə işlərinə mane olur. Hər il yağış mövsümü ölkənin üçdə bir hissəsini sel basır.

XS
SM
MD
LG