Accessibility links

Yaponiya Baş Naziri Koizumi tutduğu kursu davam etdirəcəyini deyib - 2004-07-12


Parlament seçkilərindəki uğursuzluqlardan bir gün sonra çıxış edən Yaponiya Baş Naziri Cuniçiro Koizumi iqtisadi islahatları davam etdirəcəyini və Yapon qüvvələrini İraqda saxlayacağını bəyan etmişdir. Amma mütəxəssislərin rəyinə görə bu məqsədlərə nail olmaq cənab Koizumi üçün bir o qədər də asan olmayacaq. .

Jurnalistlər qarşısında çıxış edən Cuniçiro Koizumi qətiyyətlə bəyan edib ki, bir gün öncə onun mənsub olduğu Liberal Demokrat Partiyasının yuxarı palataya seçkilərdəki uğursuzluqları onu öz yolundan sapdırmayacaq.

Çoxlarının fikrincə, müxalifətdə olan Demokrat Partiyasının parlamentdə çoxlu yer qazanması seçicilərin pensiyaların azaldılması və İraqa qoşun göndərilməsi ilə bağlı qəzəblərini əks etdirir. Cənab Koizumi aydın edib ki, o, müxalifətin qoşunların İraqdan çıxarılması tələbinə boyun əyməyəcək. Onun dediynə görə Yapon qoşunları İraqda yardım və quruculuq işləri ilə məşğul olurlar.

Baş Nazir Koizumu deyir ki, qüvvələrin müharibədən əziyyət çəkmiş ölkədə qalması Amerika Birləşmiş Ştatlarının suverenliyi İraq hökumətinə təhvil verməsindən sonra da vacibdir.

Bazar gününün seçkilərində Liberal Demokrat Partiyası yuxarı palatada 49 yer əldə edib ki, bu say da gözlənilən hədəfdən 2 yer azdır. Əvəzində onun koalisiya tərəfdaşı olan və Buddist təriqəti Soka Qakkayın arxasında durduğu Yeni Komei Partiyası əlavə bir yer qazanıb. Beləliklə də əvvəlki hakim koalisiyanın məşvərətçi palatadakı ümumi qüvvəsi dəyişməz olaraq qalıb.

Bazar günü keçirilən seçkilərin ən böyük qalibi müxalifətçi Demokrat Partiyası olmuşdur. Bu Partiyanın yuxarı palatada əvvəl tutduğu yerilərin sayı 38-dən 50 yə qalxmışdır.

Partiyanın prezidenti Katsuya Okada Bazar ertəsi seckilərin nəticələrini hakimiyyəti Liberal Demokrat Partiyasından alma yolunda mühüm mərhələ kimi qiymətlndirmişdir.

Öz evinin qarşısında jurnalistlərlə keçirdiyi görüşdə, gülümsəməyən cənab Okada Demokrat Partiyasıın əsas məqsədinin Baş Nazir vəzifəsini ələ keçirmək olduğunu söyləyib.

Bazar günü seçicilərin ona göstərdiyi etimaddan güc alan cənab Okada Yapon qoşunlarının İraqa göndərilməsinin Parlamentdə debata çıxarılmasını istəyir.

Yapon mediasının verdiyi xəbərə görə hakim koalisiya artıq bu gün bu tələblə razılaşmış, və Yapon qoşunlarının İraqdakı mövcudluğunu müzakirə edəcək növbədənkənar sessiya İyulun 30-da öz işinə başlayacaq.

Bu seçkilər cənab Koizuminin öz vəzifəsinə təhlükə törətmirdiğ belə ki, baş naziri parlamentin aşağı palatası seçir. Baş Nazirin öz sözlərinə görə o, 2006-cı ilin Payızına qədər öz vəzifəsində qalmaq fikrindədir.

Bazar günü hakim koalisiya üçün baş vermiş uığursuzluqlara baxmayaraq, bu gün inverstorlar rahat nəfəs alıblar. Tokyo Səhmdarlar Birjasının indeksi son 3 həftədə ən yüksək nöqtəsində çatıb. Yenın dollara münasibətdə məzənnəsi İyunun 28-bəri də ən yüksək həddə qalxıb.

Mütəxəssislərin fikrincə hərçənd ki, bu nəticələr Koizuminin öz uzaqyönlü məqsədlərinə çatma imkanlarını zəiflədə bilər, yuxarı palataya seçkilər qısa müddətə siyasi stabilliyin qorunmasını təmin edəcək.

XS
SM
MD
LG