Accessibility links

Buş administrasiyası seçkilərin terror hücumu olan təqdirdə bir müddət təxirə salınmasını müzakirə edib - 2004-07-12


Daxili Təhlükəsizlik Nazirliyi Buş administrasiyasının yeni terror hücumu olacağı təqdirdə Noyabr prezident seçkilərinin təxirə salınması haqda müzakirələr apardığını təsdiq edib. Nyuzvik məcmuəsində bu gün yayılan və həmin bu təsdiq olunan açıqlamada müzakirələrin Birləşmiş Ştatlar Seçki Üzrə Komissiyasının sədri DeForest Suaresin məktubu əsasında başlandığı bildirilir. Nyuzvikin yazdığına görə cənab Suares Daxili Təhlükəsizlik Naziri Tom Ricə məktub yazaraq təklif edib ki, Konqres terror hücumundan sonra seçkilərin təxirə salınması haqda fövqəladə qanun qəbul etsin. Konqresin Demokrat üzvü Ceyn Harman planı kəskinliyinə görə tənqid etmiş, Respublikaçı Kristfer Koks isə onu ən pis ssenari halında məqsəduyğun ölçü kimi qiymətlndirmişdir.

XS
SM
MD
LG