Ağ Ev vitse-prezident Dik Çeyninin prezident Buşla yenidən seçilmək uğrunda mübarizə apracağını təsdiqləyib. Cənab Çeyni prezident Buşun onunla seçkilərdə birgə iştirak etmək istədyini təklif etdiyini və könüllü olaraq bundan imtina etmək üçün heç bir səbəbin olmadığını demişdir. Respublikaçılar arasında ürək problemləri və son zamanlar reytinqinin aşağı olması səbəbilə prezidentə Dik Çeynini əvəz etmək kimi təkliflər verənlər olmuşdu.