Accessibility links

ABŞ Qazaxıstanı ədalətli seçki keçirməyə səsləyir  - 2004-07-16


Amerika Birləşmiş Ştatları Qazax hökumətini Sentyabrda keçiriləcək parlament seçkilərinin azad və ədalətli olmasını təmin etməyə çağırır. Bu bəyanat həmin ölkəyə səfərdə olan Dövlət Katibi müavini Elizabet Cons tərəfindən ALmatıda keçirdiyi mətbuat konfransı zamanı verilib. Xanım Cons həmçinin Qazax seçicilərini hökumətin elektron səsvermə cihazlarından sui-istifadə etməyəcəyi haqda əmin etməyin vacib olduğunu dilə gətirib. Parlamentin aşağı palatasına keçirilən seçkilər 1989-cu ildə hakimiyyətə gəlmiş Nursultan Nazarbayev üçün imtahan kimi qiymətləndirilir. Qeyd edək ki, beynəlxalq təşkilatlar Nazarbayevi müxalifəti əzməkdə və onun hökumətinə tənqidi münasibət bəsləyən jurnalistləri sıxışdırmaqda günahlandırırlar.

XS
SM
MD
LG