Accessibility links

İraqın ədliyyə nazirinə hücum olub - 2004-07-17


Bu gün İraqda maşına qoyulmuş bomba partlayışları nəticəsində 6 nəfər həlak olub. Bağdadda içinə partlayıcı maddələr doldurulmuş maşın yaxınlıqda ədliyyə nazirinin maşın karvanı keçərkən partlamışdır. Nəticədə nazirin 4 cangüdəni həlak olmuş, özü isə insidentdən salamat qurtara bilmişdir. Axtarışda olan terrorçu Əbu Müsab əl-Zərqavinin qrupu, İslamçı İnternet səhifəsində baş verən hücumun məsuliyyətini öz üzərinə götürmüşdür. Bir az sonra, eyni yerdə baş verən ikinci partlayış daha iki polis zabitini yaralayıb. Bu arada Bağdadın cənubundakı Mahmudiyyə məhəlləsində İraq Milli Qvardiyasının qərargahı yaxınlığında baş verən partlayış 2 nəfərin ölümünə və 25 nəfərin yaralanmasına səbəb olub. Tikritdən şimaldakı Baci qəsəbəsində baş vermiş partlayış nəticəsində isə bir amerikalı əsgər öldürülmüş, digəri isə yaralanmışdır.

XS
SM
MD
LG