Accessibility links

Kanada İrandakı səfirini geri çağırır - 2004-07-18


Kanada yenidən öz İrandakı səfirini geri çağıracağını bəyan edib. Buna səbəb Kanadalı juranlistin öldürülməsində günahlandırılan İran xüsusi xidmət agentinin üzərində aparılan məhkəmə prosesidir. Kanada Xarici İşlər Naziri bu gün Tehran hakimlərinin məhkəməni bitirməsinə öz etirazını bidirərək bu addımı ədalətin inkarı kimi qiymətləndirmişdir. Kanadalı jurnalistin İrandakı vəkilləri də məhkəməyə son qoyulmasını qəbuledilməz adlandırmışlar. Hüquqşünas və Nobel Sülh Mükafatı Laureatı Şirin Ebadi deyir ki, məhkəmə əslində başqa bir İranlı məmurun Zəhra Kazeminin başından vuraraq onu öldürdüyünü göstərən dəlili rədd edib. Müttəhim kürsüsündə oturan xüsusi xidmət agenti Məhəmməd Rza Ağdam Əhmədi ona qarşı irəli sürülən ittihamları rədd edib və İran hökumətinin ondan qurbanlıq qoyun kimi istifadə etdiyini bəyan edib.

XS
SM
MD
LG