Accessibility links

“Bakı Xəbər” qəzetinin baş redaktoru oğurlanaraq jurnalist fəaliyyətini dayandırması tələb edilib      - 2004-07-19


Müxalif fikirli “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev ötən şənbə maskalı dörd nəfər naməlum şəxs tərəfindən oğurlanaraq iki saat saxlandıqdan sonra buraxılıb. Maskalı şəxslər baş redaktora qarşı fiziki zorakılıq göstərib. Onun əllərini kəndirlə, ağzını isə kleyli plastiklə bağlayıblar. Aydın Quliyevdən jurnalist fəaliyyətini dayandırması tələb edilib. Baş verən hadisə rəsmi hakimiyyət tərəfindən pislənib. Jurnalist və hüquq-müdafiə təşkilatları isə baş redaktorun oğurlanmasını biabırçılıq adlandırıb.

XS
SM
MD
LG