Accessibility links

Səudiyyə Ərəbistanı amerikalı girovun kəsilmiş başının tapıldığını bildirib - 2004-07-21


Səudiyyə Ərəbistanının rəsmiləri deyirlər ki, təhlükəsizlik qüvvələrinin əsgərləri amerikalı girov Pol Consonun başını tapıblar. Keçən həftə isə onun cəsədi tapılmişdı. Bu, dünən gecə Ər-Riyadda Səudiyyə polisi ilə yaraqlılar arasında baş verən atışmalardan sonraya təsadüf edir. Daxili İşlər Nazirliyinin bəyanatında qeyd edilib ki, təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında baş vermən atışmalarda iki yaraqlı qətlə yetirilmiş, ikisi də ələ keçirilmişdir. Əməliyyatda üç Səudiyyə əsgəri yaralanmışdır. Ölən və tutulan yaraqlıların arasında Səudiyyə Ərəbistanındakı Əl-Qaida qrupunun başçısı Saleh Əl Əvfinin olub-olmadığı hələlik məlum deyil. Daxili İşlər Nazirliyi bildirib ki, əməliyyatda Səudiyya Ərəbistanının Əl-Qaida terror qrupu liderinin həyat yoldaşı və üç uşağı tutulub. Səudiyyənin liderləri ümumi əfvə uyğun olaraq yaraqlıları təkrar təslim olmağa çağırıblar. Müdafiə Naziri şahzadə Sultan deyib ki, o ümumi əfvdə verilən möhlətin bitməsinə qədər yaraqlıların hökumətə təslim olacaqlarına ümid edir. Son illər Səudiyyə Ərəbistanı bir sıra intiharçı və yaraqlıların hücumlarına məruz qalmışdı. Hökumət bu hücumların məsuliyyətini Əl-Qaida və onunla bağılı olan qrupların üzərinə atır.

XS
SM
MD
LG