Accessibility links

Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a rəsmi işgüzar səfəri davam edir  - 2004-07-21


Səfər zamanı xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibi Kolin Pauellə, Senatın və Konqresin üzvlərilə görüşüb. Dünən Elmar Məmmədyarov Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində görüş keçirib. Görüşdə çıxış edən Azərbaycan xarici işlər naziri Azərbaycanın xarici siyasət sahəsində prioritetlərindən danışdı. "Amerika Birləşmiş Ştatları ilə münasibətələr artıq illərdir bizim xarici siyasitəmizin əsas prioritetlərindəndir. Avropa cəmiyyətinin bir hissəsi kimi Azərbaycan qərb dəyərlərini bölüşür və 21-ci əsrin sınaqlarına cavab vermək istiqamətində gedir. Bu sınaqların ən mühüm terrorizmə qarşı mübarizədir." Elmar Məmmədyarov sentyabrın 11-i hadisələrindən dərhal sonra Azərbaycanın terrorizmə qarşı koalisiyaya qoşulduğunu və Əfqanıstana hərbi qüvvə göndərdiyi qeyd etdi. Xarici işlər naziri Azərbaycanın azsaylı şiə müsəlman dövlətlərindən biri kimi, İraqda bərpa prosesində iştirakını xüsusi vurğuladı. Elmar Məmmədyarov Azərbaycanın enerji strategiyasından danışaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, habelə Bakı-Tbilsi-Eerzurum qaz kəməri layihəsinin regional əhəmiyyət daşıdığını dedi. “Əvvəlki illər təcrübəmə əsasən deyə bilərəm ki, Birləşmiş Ştatlar Bakı-Tbilsi-Ceyhan neft kəmərilə neftin qərb bazarına nə zaman çıxacağını diqqətlə izləyir. Biz ümid edirik ki, kəmərin inşası gələn ilin yanvarında başa çatacaq və 2005-ci ilin ikinci yarısında ilk neftin nəqli planlaşdırılır. ABŞ və Azərbaycan arasında iqtisadi əməkadşlıqdan danışan xarici işlər naziri bu əməkdaşlığını son illər gücləndiyini önə çəkdi. Azərbaycan xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə çıxışnda geniş yer verdi. O, bildirdi ki, Azərbaycan münaqişənin sülh yolu nizamlanmasını istəyir. Lakin problemin həlli beynəlxalq qanunlar çərçivəsində və Azərbaycanın ərzi bütövlüyüün qorunması şərtilə mümkündür. Elmar Məmmədyarov münaqişənin bütünlükdə regiondun inkişafı qarşısında əsas maneə olduğunu dedi. “Mən sizə müsbət mənzərəni təsvir etdim, lakin burada mənfi aspetklər mövcuddur ki, bu da ermənistan və Azərbaycan arasında münaqişədən ibarətdir. Biz danışıqlar prosesini davam etdiririk. Son zamanlar münaiqşənin həlli istiqamətində səylər canlandırılmışdır. Mən prosesə cəlb olunmuş bir şəxs kimi, ehtiyatla da olsa, nikbinəm, belə ki, münaqişənin həlli üçün imkanlar var.” Azərbaycan xarici işlər naziri çıxışında ölkədə demokratik cəmiyyət quruculuğu və islahatlar prosesi haqda da geniş məlumat verdi.

XS
SM
MD
LG