Accessibility links

9/11 komissiyasının hesabatı açıqlanıb - 2004-07-22


Prezident Buş 2001-ci il Sentyabrın 11-i baş vermiş terror hadisələrini araşdıran ikipartiyalı komissiyanın növbəti terror aktlarının qarşısın almaq üçün verdiyi təklifləri konstruktiv adlandırmışdır. Komissiyanın rəhbərləri öz hesabatlarını bu gün Prezidentə təqdim ediblər.

Prezident Buşun dediyinə görə, komissiyanın verdiyi təkliflər diqqətlə düşünülüb və onlar gələcəkdə baş verə biləcək terror hadisələrinin qarşısın almaqda böyük yardım göstərə bilər.

O, Tom Keanə və Lee Hamiltona gördükləri işə görə təşəkkür etmiş və Amerika xalqını qorumaqdan ötrü öz administrasiyasının və Konqresin üzvləri ilə məsləhətləşəcəyini bəyan etmişdir.

Bu iki adam bundan sonra necə hərəkət etməyin yolunu gözəl anlayırlar. Onlar mən gördüklərimi, Amerika xalqının gördüklərini görürlər və başa düşürlər ki, bizim hökumət olaraq borcumuz Amerika xalqını hifz etməkdən ötrü əlimizdən gələni etməkdir. SS

Prezident əvvəlcə komissiyanın yaradılmasının əleyhinə çıxmışdı, və bir ara onun dövr müddətini məhdudlaşdırmağa çalışdı. Nəhayət vitse-prezident Dik Çeyni ilə birgə çıxış etmək şərti ilə o, Komissiyanın üzvləri ilə görüşə razılıq verdi.

Administrasiya rəsmiləri görüşə qoyulan məhdudiyyəltəri milli təhlükəsizlik və hakimiyyət bölgüsü ilə əlaqədar olmasını deyirlər; belə ki, dövlət başçısı Konqres tərəfindən mandatlanmış komissiya qarşısında dindirilirdi.

XS
SM
MD
LG