Accessibility links

Rəfsəncani sentyabrın 11-i hücumları ilə bağlı hesabata dair suallar qaldırdı - 2004-07-23


İranın nüfuzlu sabiq prezidenti Ayatolla Haşimi Rəfsəncani bu gün Tehran cümə namazı vaxtı bəyan edib ki, sentyabrın 11-i hücumları ilə əlaqədar hesabatda İranın günahına dair heç bir dəlil gətirilməyib. O, hesabatda təyyarə qaçıranlardan bir neçəsinin İran ərazisindən keçməsilə əlaqədar hissəni şübhə altına alıb. Haşimi Rəfsəncani Əl-Qaidə fəallarının Əfqanıstandan İrana keçməsi ilə bağlı suallar qaldıraraq deyib ki, əgər onlar bunu ediblərsə, bunu müəyyən etmək mümkün deyil, belə ki, ölkəyə və ölkədən çox sayda qeyri-qanuni yolla keçənlər var. Ayatolla əlavə edib ki, təyyarə qaçıranlar digər ölkələrin ərazilərindən də keçməli olublar və bu, həmin ölkələrin avtomatik olaraq hadisələrə cəlb olunduğu demək deyil. O bəyan edib ki, amerikalılar onları qoruya bilmədiyi üçün başqlarını deyil, öz hökumətlərini qınamalıdırlar.

XS
SM
MD
LG